top of page

GÜLLƏ


GÜLLƏ Postda dayanmışdım, üç güllə lap, yanımdan ötüb, torpağa düşdü.

Nahaqdan özünü yorub gəlmisən, Sən, mənim qismətim deyilsən , güllə! Əbəs yerə məni deyib, gəlmisən, Məni qoruyanım, Tanrımdı, güllə! * * * Başımın üstündən ötməklə inan, Sən, məni heç zaman qorxudamazsan, Məni hifz eləyir, Ulu Yaradan, Bir də boş gümana düşmə sən, güllə! * * * Lap, gəlib sinəmə dəysən də, güllə, Bilirəm, cürətin çatmaz dəlməyə , Çünki Anamın əlləri göydə Anamın duası zirehdi, güllə! * * * Həyatda bir anım deyil imansız , Gələcək mənimdi sorğu-sualsız, Dayanmışam burda zireh-filansız, Səndən qorxar yalnız qansızlar, güllə! * * * Nə qədər gəlirsən, dur gəl üstümə, Bilirəm, lap çoxdan durdun, qəsdimə, Çoxları bələddi, mənim şəstimə, Miniz birdən gəlsə, burdayam, güllə! 26.05.1994. Qapanlı.

Müəlif: Zaur Ustac © Zaur USTAC,2018. Bakı. WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

bottom of page