ƏSGƏRİN CİB DƏFTƏRÇƏSİNDƏN
Salam, xoş gördük Sizləri.... Siz burada Zaur Ustacın real Əsgər həyatı ilə bağlı, yazıları ilə tanış olacaqsız... Zər - çinli mundir nə qədər şux, yaraşıqlı, qürurvericidirsə onu daşımaq bir o qədər şərəfli, çətin və eyni zamanada keşməkeşlidir...
ZAUR USTAC
Zaur Ustac 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac «Yazarlar» jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac «GÜNAYDIN“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, “QƏLBİMİN AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, "ÇƏHRAYI KİTAB" kimi şeirlər kitablarının, "USUBCAN ƏFSANƏSİ" adlı məqalələr toplusunun və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.