top of page

BU BELƏDİR...

BU BELƏDİR

Nədir yenə, ümman kimi,

çalxalanıb, coşdun, ürək?

İçindəki bu təlatüm,

bu oyanış de nə demək?

Həsrətdənmi, nisgildənmi,

Ürək, yenə çağlayırsan?

Anasına həsrət qalmış,

Körpə kimi, ağlayırsan…

İçindədir; ümid adlı,

qığılcımın od-alvu,

tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!

Həqiqətlər qarşısında,

Biz gücsüzük, biz heç nəyik,

Dinlə məni deyim, ürək,

Biz nəçiyik; şan-şöhrətli,

– “hüququndan keçmiş əsgər”,

həmdəminə həsrət canıq,

bəzən canlı, bəzən cansız,

biz “robotuq”, biz “əşyayıq”…

Bu torpaqdan yoğrulmuşuq,

Bu torpaqdan doğulmuşuq,

Yardan əfsəl, anamızın

Qulluğuna buyrulmuşuq!!!

15.04.1995. Marağa.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı. WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

bottom of page