top of page

Tur alacam (Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)


Tur alacam (Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən) Dədəm Qorqud səhv ad verməz, Doğulmuşuq tur almağa!!!! Od ərənlər öc saxlamaz, Doğulmuşuq öc almağa!!!! * * * Gözlərimin içinə bax, Gözünüzü oyacağam!!!! Hünərin var, tur düzənlə, Tüm turları alacağam!!!! * * * Sanma, qanı qalar yerdə, Törəmizdir, alacağam!!!! Tək atamın qanın deyil, Haqqımızı alacağam!!!! * * * Yağmurlu günü sal yada, Yenə taxtu-tac alacam!!!! Tarixdə yüz il, bir gündü, Geci- tezi bac alacam!!!! 28.04.2016 Bakı. Müəlif: Zaur Ustac © Zaur USTAC,2018. Bakı. WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

bottom of page