top of page

EY  QOCA   QURD


EY QOCA QURD

Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil,

Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!!

Kaftarların umacağı sür-sümükdən artıq deyil,

Üzdə hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!!

* * *

Çaqqalların adı çaqqal, tulaların adı tula….

Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən????

Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!!

Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən….

* * *

Üzdən sənə oxşasa da, yerişini yerisə də

Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!!

Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də

Aqillər də yaxşı deyib: – “itlər hürər, karvan keçər”!!!!

* * *

Ey Qoca Qurd , karvanının yolun üstdə duranların,

Heç biri yox – adı itib, qalmayıbdı izi-tozu….

Keçidlərdə, pusu qurub, tülkü kimi yatanların,

Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!!

* * *

Ey Qoca Qurd, mənzilini düz seçmisən – duruş gətir….

Gecə sirdaşın Ay, Ulduz, gündüz pənahın Günəşdi….

Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir….

Ürəyin saf ırmak suyu, ruhun sönməz bir atəşdi!!!!

22.11.2015. BAKI.

Müəlif: Zaur Ustac © Zaur USTAC,2018. Bakı. WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

bottom of page